BackEnd-ə gələcək peşəyə doğru ciddi bir addım kimi baxırsınız? Javanı dərindən öyrənmək çoxdankı arzunuzdur? Elə bu kurs da həm alqoritmlər, həm də mobil tətbiqlərin və saytların serverləri ilə iş sahəsində ekspert səviyyəsində yetişəcək peşəkar proqramçıların hazırlanmasına hesablanıb.
Burada tələbələr fərdi, ikinəfərlik və böyük qruplarda məşğul olur. Məşğələlər nəzəriyyədən daha çox praktikaya əsaslanır. Hər bir tələbə praktika və canlı nümunələrdən istifadə edərək öyrədilir. Təlimi başa vuran hər bir məzun freymvorkları, onların Spring və Hibernate kimi məhsullarını bilir. Verilənlər bazası üzrə məlumatlar əldə edir. Tamqiymətli server sistemləri, layihələr yaratmağı bacarır.
-
3 ay / 300 saat
25 nəfər
I, III, V 16:00-22:00 II, IV 8:30-14:30, VI 9:30-15:30
İstiqamətindən biri üzrə tam peşəkar vərdişlər qazanacaqlar
Minimum intermediate səviyyəsində ingilis dili biliyi
Fərdi noutbuk, yaxud kompüterə malik olmaq
18 yaş və yuxarı
3 aylıq intensiv təlimlər sayəsində yeni ixtisasa yiyələnəcəklər
İstiqamətindən biri üzrə tam peşəkar vərdişlər qazanacaqlar
İşəgötürənlər üçün cəlbedici portfolio və rezüme hazırlamaqdan ötrü vacib bilik və bacarıqlara malik olacaqlar
Modul sayı
Bura Java proqramlaşdırma dili ilə işləməyin baza prinsiplərinin öyrənilməsi, obyekt yönümlü proqramlaşdırma, siniflərlə, interfeyslərlə, Set, Map, Queue, Stack kolleksiyaları ilə iş vərdişlərinin mənimsənilməsi daxildir. Bu modulda həmçinin lyambda ifadələri, səhvlərin aradan qaldırılması, fayllarla iş də öyrədiləcək.
Alqoritmlər – tələbələrə ali texniki təhsil səviyyəsində bilik və bacarıqlar verən mühüm moduldur. Bu modulun əsasını kompüter elmləri təşkil edir. Onlarsız isə uğurlu proqramlaşdırma həyata keçirmək mümkün deyil. Bu modul üzrə verilən biliklər gələcəkdə istənilən texnologiyanı mənimsəyə bilməkdən ötrü güclü texniki bazanın yaradılmasına xidmət edir. Modul çərçivəsində tələbələr məlumatların əsas struktur və alqoritmlərini, adi və tipik massivləri, əlaqəli siyahıları, yığımları, növbələri, assosiativ massivləri mənimsəyəcəklər. Onlar həmçinin hashing, qrafalar, DFS və BFS, dinamik proqramlaşdırma, proqramlaşdırma ağacları, keş alqoritmləri və s. məsələlərlə tanış olacaqlar.
Bu modulu başa vurduqdan sonra tələbə mürəkkəb alqoritmləri dəqiq təsəvvür edə, proqramların sürətli işini analiz edə biləcək.
Bu modulun məqsədi tələbələrə web-tətbiqlərin server hissələrini hazırlayaraq işə salmağı, verilənlər bazası yaratmağı, onların cədvəlləri arasındakı qarşılıqlı təsirləri tənzimləməyi, serverə sorğu göndərməyi və sorğu qəbul etməyi öyrətməkdir.
Tələbələr bu istiqamətlər üzrə aşağıdakı istiqamətlər üzrə təcrübə qazanacaqlar:
Java EE-i biz tamqiymətli server sistemi yazmaqla öyrənəcəyik. Spring IoC, Spring Securety, Hibernate, Spring Data freymvorkları ilə, SQL, NoSql verilənlər bazaları, bir neçə əməliyyatın paralel tamamlanması üçün çoxşaxəli istiqamətlərlə işləyəcəyik. Bu sahədə tətbiq edilən mövcud standartların ən aydın şəkildə anlaşılması üçün müasir freymvorklarla işin nəzəriyyə və prinsiplərini təhlil edəcəyik.
Tələbələr müştərək proqramlaşdırma ilə məşğul olacaq, layihələrə yönələcək, kodların üslubunu, identifikasiya və avtorizasiyanı, cookies-i, onlayn mağazalar yaratmağı öyrənəcəklər.
Bütün modullar üzrə təhsil alan tələbələr İT sahəsində beynəlxalq ekspertlərin təşkil etdikləri workşop və vebinarlarda iştirak edəcəklər.
“Business İntelligence” mövzusunda vorkşop
Tələbələr “Business İntelligence” (Bİ) sferası və analitik məlumatlar üzrə anlayışlar əldə edəcək, biznes-analizin inkişafı və onun istifadəsini öyrənəcəklər. Əsas mövzular: texnologiya, qorunan məlumatların realizasiyası üçün ideyalar, məlumatların vizualizasiyası və Bİ-nin gələcək iqtiqamətləri.
Vorkşopda bu mövzular nəzərdən keçiriləcək:
Tədbirlər bunları əhatə edir:
Təlimlər arasında tələbələr öz fərdi keyfiyyətlərinin inkişafına başlayacaq və layihələrin təqdim edilməsinə hazırlaşacaqlar. Biz reallığa maksimum yaxın tərzdə tamqiymətli müsahibə şəraiti yaradırıq. Hər tələbə üçün rezüme tərtib edir, onu öz layihə və brendlərini uğurlu şəkildə təqdim etməyə hazırlayırıq.
Tələbələr komandası kompleks final layihələr üzərində müəllimin, mentorun və kurs koordinatorunun həftəlik nəzarəti altında çalışacaqlar. 2.5 aydan sonra tələbələr planlaşdırmadan demo-versiyaya qədər öz layihələrini təqdim edəcəklər.