Texniki baza biliklərinə malik olan və biznes-analitika, məlumat analizi sahəsində peşəkar inkişafa çalışan hər kəs üçün bu kurs çox uyğundur. Qəbul zamanı kompüter elmləri ilə tanışlığı olan tələbələrə üstünlük veriləcək. Data Analytics kursu müasir data-analizi dünyasına inteqrasiya olunaraq tələbəni növbəti 5 il üzrə bazar çağırışlarına tam hazırlayır. Proqramı uğurla başa vuran hər kəs informasiya texnologiyaları dünyasına çıxış üçün zəruri alətlər əldə edəcək. Biznes-analitika sahəsində peşəkar mütəxəssis kimi böyük həcmdə məlumatların analizini, onların nəticələrinin biznesdə tətbiqini bacaracaq.
-
3 ay / 300 saat
25 nəfər
I, III, V 18:30-21:30
İntensiv tədrisə hazırlıq
Minimum intermediate səviyyəsində ingilis dili biliyi
Fərdi noutbuk, yaxud kompüterə malik olmaq
18 yaş və yuxarı
Bazanın proqramlaşdırılması sahəsində bilik və bacarıqların genişləndirilməsi
Məlumatların modelləşdirilməsi, birləşdirilməsi və təqdimatı formasının təyin edilməsi
Binamik informasiya tablosunun qurulması və tətbiqi üçün müvafiq alətlərdən istifadənin öyrənilməsi
Məlumat saxlanması metodologiyası və ETL dəstəyi üzrə dərin biliklər
Hesabatlılıq sahəsində peşəkar yanaşmalar üzrə biliklər: PowerBI, Tableau və s
IT layihələrinin uğurla həyata keçirilməsindən ötrü biznes-analitika üzrə bütün zəruri bilik və bacarıqları əldə etmək
Modul sayı
Bu modul verilənlər bazası və populyar SQL dili ilə tanış edir. SQL-dən istifadə etməklə tələbələr verilənlər bazası cədvəllərində məlumatları necə çıxarmağı, daxil etməyi və yeniləməyi öyrənəcəklər. Bundan başqa, ayrıca məlumatları bir neçə cədvəldə birləşdirmə, mövzulara görə sıralama və qruplaşdırma bacarığına yiyələnəcəklər.
Modulun sonunda tələbələr məlumatları necə saxlayacaqlarını və SQL-dən yararlanmaqla manipulyasiya etməyi biləcəklər.
Bu modulda SQL dünyası araşdırılacaq, inkişaf etmiş xüsusiyyətlər öyrəniləcək, məlumatların inteqrasiyası prosesləri qurulacaq, məlumat anbarı tətbiqi yaradılacaq. Tətbiqin yaradılmasından ötrü SQL funksiyaları, prosedurları əsas vasitə kimi götürüləcək.
Modulu uğurla tamamlayan hər bir tələbə məlumatların saxlanmasından ötrü canlı, hərtərəfli bir tətbiq yaradaraq inkişaf etdirə biləcək.
Əvvəlki modulda yaradılmış infrastrukturdan, PowerBI, Tableau və s. hesabat alətlərindən istifadə edərək məlumatların necə çıxarılacağı və görüntülənməsi öyrədiləcək.
Həmçinin daha qabaqcıl analitik metodlar araşdırılacaq:
Üç modul üzrə əldə edilmiş bilikləri birləşdirərək, hər tələbə müvafiq sifarişlərə əsasən son layihəsini hazırlayacaq və təqdim edəcək. Bu layihələr tələbənin bilik və bacarıqlarını əks etdirəcək.
Tələbələr bununla öz layihələrini sadə və anlaşıqlı dildə təqdim etməyi də öyrənəcəklər.