27 YANVAR - 5 FEVRAL

9, 10, 11-ci sinif şagirdləri üçün ABB Riyaziyyat Yarışması

10 günlük intensiv təlim proqramı ilə

Ətraflı
1-ci mərhələ

Onlayn Test

12 Yanvar

Seçimin ilk mərhələsi 1 gün davam edəcək və onlayn qaydada olacaq. İştirakçılar 10 məsələ həll etməlidir.

2-ci mərhələ

Proktorinq ilə test

17-19 Yanvar

İkinci mərhələ müəllimlərin, metodistlərin və yarış təşkilatçılarının nəzarəti altında xüsusi platforma üzərindən hibrid qaydada keçiriləcək. İştirakçılara 4 saat ərzində yerinə yetirilməli olan 5 tapşırıq veriləcək.

3-cü mərhələ

Müsahibə

23-25 Yanvar

Yarışın üçüncü final mərhələsi riyazi tapşırıqlar əsasında qurulmuş müsahibə formatında olacaq.

Proqram tələbələrə bunları qazandıracaq

  • Riyazi bilikləri və problem çözmə bacarıqları gücləndirmək
  • Beynəlxalq təcrübəli riyaziyyat ekspertlərindən öyrənmək
  • Gənc riyaziyyatçılar icmasının bir parçasına çevrilmək
  • Riyaziyyat elminin yaratdığı yeni sahələri kəşf etmək

Mükafatlar

Bütün iştirakçılara sertifikat və qaliblərə pul mükafatı təqdim olunacaqdır.

1-ci yer

3000 AZN

2-ci yer

2000 AZN

3-cü yer

1000 AZN

Tez-tez verilən suallar

Bəli, ödənişsizdir. 

10 günlük intensiv riyaziyyat təlimlərində regionlardan gəlmiş iştirakçıların nəqliyyat və yerləşdirmə xərcləri təşkilatçılar tərəfindən qarşılanacaq. 

Bu proqram riyaziyyatın alqoritmləşdirilməsi və problem həll etmək bacarıqlarının inkişaf etdirilməsi üçün, bu sahədə ixtisaslaşmış beynəlxalq metodistlərin dəstəyi ilə hazırlanıb. Bu bacarıqlar rəqəmsal dövrün qabaqcıl istiqamətləri sahəsində uğur qazanmaq üçün olduqca vacibdir.

Proqram çərçivəsində şagirdləədədlər nəzəriyyəsi, ehtimallar nəzəriyyəsi, riyazi statistika, riyazi analizin başlanğıcı və həndəsəyə dair müxtəlif yeni biliklər qazanacaq, nəzəri və praktik problemlərin həlli bacarıqlarına yiyələnəcəklər.

Proqram əsasən riyaziyyat və texnologiyalara dərin həvəsi olan 10 və 11-ci sinif şagirdləri üçün nəzərdə tutulub. 

Lakin öz bacarıqlarına inanan 9-cu sinif şagirdləri də iştirak etməyə cəhd edə bilərlər. 

Yarışın birinci mərhələsində həlldə cavablar yalnız rəqəmlər və ya ədədlər ilə qeyd olunur (ədədləri göstərmək üçün "," və ya "." işarələrindən istifadə edilə bilər), ikinci mərhələsində isə cavabdan əlavə, ətraflı həll təqdim edilməlidir. Üçüncü mərhələ müsahibə formatında olacaq.

Seçimin ilk mərhələsi onlayn imtahan formatında keçiriləcək. İştirakçılara 10 sual veriləcək. Bu sualların hər biri rəqəm və/və ya hərf şəklində cavab tələb edəcək. İştirakçılara bu tapşırıqları bitirmək üçün 4 saat zaman veriləcək. Hər bir iştirakçının həllə başlamaq üçün yalnız 1 dəfə cəhd etmək şansı var.

İkinci mərhələnin imtahanı onlayn formatda, xüsusi müşahidə platformasının tətbiqi ilə təşkil ediləcək. Bu mərhələdə iştirakçılara 4 saat ərzində yerinə yetirilməli olan 5 tapşırıq veriləcək. Hər tapşırıq üçün ətraflı həll təqdim etmək lazım olacaq. 

Yarışın üçüncü final mərhələsi müsahibə formatında olacaq.

Seçim mərhələlərini uğurla keçmiş şagirdlər intensiv təlimlərə cəlb olunacaq. İntensivlər ABB Tech Akademiyanın Campusunda (Bayıl Plaza, Qurban Abbasov küçəsi, 29) təşkil olunacaq.

ABB Riyaziyyat Yarışı azərbaycan dilində keçiriləcəkdir.

Ərizələrin qəbulu və seçim mərhələsində suallarınızı Azərbaycan Beynəlxalq Bankının 937 nömrəli Məlumat Mərkəzinə və ya "ABB Innovation" sosial şəbəkələri (Instagram, Facebook, LinedIn) vasitəsi ilə ünvanlaya bilərsiniz. Tədris müddətində isə mentorlar və kurs koordinatorlardan ibarət komandamız sizi maraqlandıran bütün sualları cavablandıracaqlar.