Düşərgə 5 günlük intensiv dərslər formatında keçiriləcək. İştirakçılar mühazirələrdə iştirak edəcək və bu müddət ərzində mövzuların hər birinin nəzəriyyəsi ilə tanış olacaqlar. Mühazirələrdən sonra isə seminarlar baş tutacaq, iştirakçılar mövzular üzrə biliklərini misal və məsələlərin həlli yolu ilə möhkəmləndirəcəklər. Təlim gününün sonunda iştirakçılardan qazandıqları bilikləri göstərmək üçün yoxlama işi təqdim edəcəklər və toplanılan ballar ümumi reytinqə gedəcəkdir.
İştirakçılar hər gün 3 dəfə qidalanma və dərsdənkənar aktivliklərə cəlb olunacaqlar 🚴🚶🏌.
1 - 5 İyul
5 gün
15 şagird
Hər gün saat 10:00 - 18:00
8-ci sinifi bitirmiş
Minimum intermediate səviyyəsində ingilis dili biliyi
Kamp qaydalarına riəyət
İntensiv tədrisə hazırlıq və əlavə materiallar üzrə daim araşdırma aparmaq həvəsi
Modul sayı
Funksiyanın təyin oblastı və qiymətlər çoxluğu. Mürəkkəb funksiyalar. Cüt və tək funksiyalar. Tərs funksiyalar. Bəzi standard funksiyalar: xətti funksiya, kvadratik funksiya, modul funksiyası, rasional funksiya.Qrafiklərin çevrilmələri.
Triqonometrik nisbətlər. Düzbucaqlı üçbucaqda triqonometrik nisbətlərinə aid məsələlərin həlli. Sinuslar teoremi, kosinuslar teoremi, üçbucağın sahəsi. Vahid çevrə və radian ölçüsü. Sinus, kosinus və tangens funksiyalarının tərifi və qrafikləri. Triqonometrik funksiyaların qrafiklərinin çevrilməsi. Əsas triqonometrik eyniliklər. Tərs triqonometrik funksiyalar. Triqonometrik tənliklər.
Ədədi ardıcıllıqlar, ardıcıllığın ümumi həddin tapilması. Ədədi və həndəsi silsilələr. Sıra və sıranın cəmi. Ədədi və həndəsi silsilələr üçün ilk n həddinin cəmi düsturları. Ədədi və həndəsi silsilələrə aid tətbiqi məsələlər.
Əsas ehtimal anlayışları. Təsadüfi hadisələr və sınaqlar. Çoxluqlar üzərində əməllər və Venn diaqramları. Ehtimalın xassələri. Uyuşmayan hadisələr. Ehtimal üçün ağac diaqramları. Şərti ehtimal. Asılı olmayan hadisələr. Bayes teoremi. Kombinatorikanın elementləri. Permutasiya, aranjeman, kombinezon.