10-cu sinifə keçid etmiş şagirdlər üçün Yay Riyaziyyat Düşərgəsi
6 günlük intensiv təlim proqramı ilə Quba Palace Oteldə!
Qeydiyyat
17 May - 4 İyunBu mərhələdə iştirakçılar öz şəxsi məlumatlarını təqdim edir və düşərgədə iştirak üçün motivasiya məktubu yazır.
Onlayn Test
5 - 7 İyunSeçimin test mərhələsi onlayn qaydada olacaq. İştirakçılar 2 saat ərzində 25 misal və məsələ həll etməlidir.
Müsahibə
10 - 12 İyunYarışın üçüncü final mərhələsi riyazi tapşırıqlar əsasında qurulmuş müsahibə formatında olacaq. Müsahibə nəticələrini 15 iyun açıqlanacaqdır.
Proqram tələbələrə bunları qazandıracaq
- Riyazi bilikləri və problem çözmə bacarıqları gücləndirmək
- Təcrübəli riyaziyyat ekspertlərindən öyrənmək
- Gənc riyaziyyatçılar icmasının bir parçasına çevrilmək
- Riyaziyyat elminin yaratdığı yeni sahələri kəşf etmək
Mükafatlar
Bütün iştirakçılara sertifikat və qaliblərə pul mükafatı təqdim olunacaqdır.
1500 AZN
1000 AZN
500 AZN
Tez-tez verilən suallar
Bəli, ödənişsizdir. Bu sosial layihə ABB Tech və Gənc Sosial Sahibkarlar qrupunun təşkilatçılığı ilə istedadların kəşfi və riyaziyyat elminin təşviqi üçün nəzərdə tutulmuşdur.
6 günlük intensiv riyaziyyat təlimlərində iştirakçıların nəqliyyat və qonaqlama xərcləri təşkilatçılar tərəfindən qarşılanacaq.
Seçim mərhələlərini uğurla keçmiş şagirdlər intensiv təlimlərə cəlb olunacaq. İntensivlər Quba rayonunda Quba Palace otelində təşkil olunacaq.
Bu proqram riyaziyyatın alqoritmləşdirilməsi və problem həll etmək bacarıqlarının inkişaf etdirilməsi üçün, bu sahədə ixtisaslaşmış metodistlərin dəstəyi ilə hazırlanıb. Bu bacarıqlar rəqəmsal dövrün qabaqcıl istiqamətləri sahəsində uğur qazanmaq üçün olduqca vacibdir.
Proqram çərçivəsində şagirdlər həqiqi üstlü qüvvət və logarifmlər, triqonometriya, ikiölçülü və üçölçülü fəzada fiqurların həndəsəsi, kompleks ədədlər və çoxhədlilər dair müxtəlif yeni biliklər qazanacaq, nəzəri və praktik problemlərin həlli bacarıqlarına yiyələnəcəklər.
Proqram riyaziyyat və texnologiyalara dərin həvəsi olan 9-cu sinifi bitirmiş 10-cu sinifə keçid etmiş şagirdlər üçün nəzərdə tutulub.
Yarışın onlayn test mərhələsində həlldə cavablar yalnız rəqəmlər və ya ədədlər ilə qeyd olunur (ədədləri göstərmək üçün "," və ya "." işarələrindən istifadə edilə bilər), müsahibə mərhələsində isə cavabdan əlavə, ətraflı həll təqdim edilməlidir.
Seçimin ikinci mərhələsi onlayn imtahan formatında keçiriləcək. İştirakçılara 25 sual veriləcək. Bu sualların hər biri rəqəm, ədəd və/və ya hərf şəklində cavab tələb edəcək. İştirakçılara bu tapşırıqları bitirmək üçün 2 saat zaman veriləcək. Hər bir iştirakçının həllə başlamaq üçün yalnız 1 dəfə cəhd etmək şansı var.
Yarışın üçüncü final mərhələsi müsahibə formatında olacaq. İştirakçılara ümumi tanışlıq üçün suallar və 5 riyazi tapşırıq veriləcək.
Yay Riyaziyyat Düşərgəsi ingilis dilində keçiriləcəkdir.
Ərizələrin qəbulu və seçim mərhələsində suallarınızı Azərbaycan Beynəlxalq Bankının 937 nömrəli Məlumat Mərkəzinə və ya "ABB Innovation" sosial şəbəkələri (Instagram, Facebook, LinkedIn) vasitəsi ilə ünvanlaya bilərsiniz.
Tədris müddətində isə mentorlar və kurs koordinatorlardan ibarət komandamız sizi maraqlandıran bütün sualları cavablandıracaqlar.