Proqram

Backend

BackEnd-ə gələcək peşəyə doğru ciddi bir addım kimi baxırsınız? Javanı dərindən öyrənmək çoxdankı arzunuzdur? Elə bu kurs da həm alqoritmlər, həm də mobil tətbiqlərin və saytların serverləri ilə iş sahəsində ekspert səviyyəsində yetişəcək peşəkar proqramçıların hazırlanmasına hesablanıb.

Burada tələbələr fərdi, ikinəfərlik və böyük qruplarda məşğul olur. Məşğələlər nəzəriyyədən daha çox praktikaya əsaslanır. Hər bir tələbə praktika və canlı nümunələrdən istifadə edərək öyrədilir. Təlimi başa vuran hər bir məzun freymvorkları, onların Spring və Hibernate kimi məhsullarını bilir. Verilənlər bazası üzrə məlumatlar əldə edir. Tamqiymətli server sistemləri, layihələr yaratmağı bacarır.

Hazırda proqrama müraciət aktiv deyil
Başlanğıc

-

Müddət

3 ay / 300 saat

Qrup

25 nəfər

Tədris qrafiki

I, III, V 16:00-22:00 II, IV 8:30-14:30, VI 9:30-15:30

Qəbul şərtləri
Gözlənti

İstiqamətindən biri üzrə tam peşəkar vərdişlər qazanacaqlar

Dil biliyi

Minimum intermediate səviyyəsində ingilis dili biliyi

Tələb

Fərdi noutbuk, yaxud kompüterə malik olmaq

Yaş həddi

18 yaş və yuxarı

Kurs tələbələrə bunları qazandıracaq:

3 aylıq intensiv təlimlər sayəsində yeni ixtisasa yiyələnəcəklər

İstiqamətindən biri üzrə tam peşəkar vərdişlər qazanacaqlar

İşəgötürənlər üçün cəlbedici portfolio və rezüme hazırlamaqdan ötrü vacib bilik və bacarıqlara malik olacaqlar

Proqram

Backend
7

Modul sayı

Bura Java proqramlaşdırma dili ilə işləməyin baza prinsiplərinin öyrənilməsi, obyekt yönümlü proqramlaşdırma, siniflərlə, interfeyslərlə, Set, Map, Queue, Stack kolleksiyaları ilə iş vərdişlərinin mənimsənilməsi daxildir. Bu modulda həmçinin lyambda ifadələri, səhvlərin aradan qaldırılması, fayllarla iş də öyrədiləcək.

Alqoritmlər – tələbələrə ali texniki təhsil səviyyəsində bilik və bacarıqlar verən mühüm moduldur. Bu modulun əsasını kompüter elmləri təşkil edir. Onlarsız isə uğurlu proqramlaşdırma həyata keçirmək mümkün deyil. Bu modul üzrə verilən biliklər gələcəkdə istənilən texnologiyanı mənimsəyə bilməkdən ötrü güclü texniki bazanın yaradılmasına xidmət edir. Modul çərçivəsində tələbələr məlumatların əsas struktur və alqoritmlərini, adi və tipik massivləri, əlaqəli siyahıları, yığımları, növbələri, assosiativ massivləri mənimsəyəcəklər. Onlar həmçinin hashing, qrafalar, DFS və BFS, dinamik proqramlaşdırma, proqramlaşdırma ağacları, keş alqoritmləri və s. məsələlərlə tanış olacaqlar.

Bu modulu başa vurduqdan sonra tələbə mürəkkəb alqoritmləri dəqiq təsəvvür edə, proqramların sürətli işini analiz edə biləcək.

Bu modulun məqsədi tələbələrə web-tətbiqlərin server hissələrini hazırlayaraq işə salmağı, verilənlər bazası yaratmağı, onların cədvəlləri arasındakı qarşılıqlı təsirləri tənzimləməyi, serverə sorğu göndərməyi və sorğu qəbul etməyi öyrətməkdir.

 

Tələbələr bu istiqamətlər üzrə aşağıdakı istiqamətlər üzrə təcrübə qazanacaqlar:

  • Maven layihələrinin toplusu
  • Servlet API, Jettyserver
  • SQL sorğuları
  • verilənlər bazaları üçün sxemlərin yaradılması
  • çıxış səviyyələrini paylaşdırmaq
  • Servlet filters
  • cookies
  • identifikasiya

Java EE-i biz tamqiymətli server sistemi yazmaqla öyrənəcəyik. Spring IoC, Spring Securety, Hibernate, Spring Data freymvorkları ilə, SQL, NoSql verilənlər bazaları, bir neçə əməliyyatın paralel tamamlanması üçün çoxşaxəli istiqamətlərlə işləyəcəyik. Bu sahədə tətbiq edilən mövcud standartların ən aydın şəkildə anlaşılması üçün müasir freymvorklarla işin nəzəriyyə və prinsiplərini təhlil edəcəyik.

Tələbələr müştərək proqramlaşdırma ilə məşğul olacaq, layihələrə yönələcək, kodların üslubunu, identifikasiya və avtorizasiyanı, cookies-i, onlayn mağazalar yaratmağı öyrənəcəklər.

Bütün modullar üzrə təhsil alan tələbələr İT sahəsində beynəlxalq ekspertlərin təşkil etdikləri workşop və vebinarlarda iştirak edəcəklər.

“Business İntelligence” mövzusunda vorkşop

Tələbələr “Business İntelligence” (Bİ) sferası və analitik məlumatlar üzrə anlayışlar əldə edəcək, biznes-analizin inkişafı və onun istifadəsini öyrənəcəklər. Əsas mövzular: texnologiya, qorunan məlumatların realizasiyası üçün ideyalar, məlumatların vizualizasiyası və Bİ-nin gələcək iqtiqamətləri.

Vorkşopda bu mövzular nəzərdən keçiriləcək:

  • React və React Native-in əsas fərqləri
  • Çevrənin qurulması
  • Android və IOS üçün quruluş layihələrinin yaradılması
  • Xüsusi alətlərdən istifadə
  • Tətbiqlərin saf-çürük edilməsi
  • “Node JS” mövzusunda vorkşop
  • “Node JS” JavaScriptin daha geniş spektrdə istifadəsinə imkan verən platformadır. Node JS sayəsində BackEnd dillərini dərindən öyrənmədən də tətbiqlərin server hissəsini hazırlamaq mümkün olur

Tədbirlər bunları əhatə edir:

  • Node.js platformasına giriş
  • Proqramlaşdırma üçün vasitə və alətlərin qurulması
  • Tətbiqlərin təşkili, modul yanaşması
  • Terminallarla iş
  • Sadə veb-serverlərin təşkili, http-sorğularla iş
  • Tədbirlərin tərtibi (Event Loop işinin özəllikləri)
  • Express freymvorku

Təlimlər arasında tələbələr öz fərdi keyfiyyətlərinin inkişafına başlayacaq və layihələrin təqdim edilməsinə hazırlaşacaqlar. Biz reallığa maksimum yaxın tərzdə tamqiymətli müsahibə şəraiti yaradırıq. Hər tələbə üçün rezüme tərtib edir, onu öz layihə və brendlərini uğurlu şəkildə təqdim etməyə hazırlayırıq.

Tələbələr komandası kompleks final layihələr üzərində müəllimin, mentorun və kurs koordinatorunun həftəlik nəzarəti altında çalışacaqlar. 2.5 aydan sonra tələbələr planlaşdırmadan demo-versiyaya qədər öz layihələrini təqdim edəcəklər.