Proqram

Yay Riyaziyyat Düşərgəsi 2

Düşərgə 6 günlük intensiv dərslər formatında keçiriləcək. İştirakçılar mühazirələrdə iştirak edəcək və bu müddət ərzində mövzuların hər birinin nəzəriyyəsi ilə tanış olacaqlar. Mühazirələrdən sonra isə seminarlar baş tutacaq, iştirakçılar mövzular üzrə biliklərini misal və məsələlərin həlli yolu ilə möhkəmləndirəcəklər. Təlim gününün sonunda iştirakçılardan qazandıqları bilikləri göstərmək üçün yoxlama işi təqdim edəcəklər və toplanılan ballar ümumi reytinqə gedəcəkdir. 

İştirakçılar hər gün 3 dəfə qidalanma və dərsdənkənar aktivliklərə cəlb olunacaqlar 🚴🚶🏌.

Proqrama qeydiyyat aktiv deyil
Başlanğıc

22 -27 İyun

Müddət

6 gün

Qrup

15 şagird

Tədris qrafiki

Hər gün saat 09:00 - 19:00

Qəbul şərtləri
Sinif

9-cu sinifi bitirmiş

Dil biliyi

Minimal intermediate səviyyəsində ingilis dili biliyi

Tələb

Kamp qaydalarına riəyət

Gözlənti

İntensiv tədrisə hazırlıq və əlavə materiallar üzrə daim araşdırma aparmaq həvəsi

Proqram

Yay Riyaziyyat Düşərgəsi 2
4

Modul sayı

Üstlü və loqarifmik funksiyalar, onların xassələri və qrafikləri.Qüvvətin xassələri, üstlü tənliklər və bərabərsizliklər.Loqarifmin xassələri, loqarifmik tənliklər və bərabərsizliklər. Üstlü və loqarifmik funksiyalara aid tətbiqi məsələlər.

Triqonometrik funksiyalar, tərs və əks triqonometrik funksiyalar. İkiqat arqumentin düsturları, toplama düsturları, cəmin hasilə çevrilməsi düsturları. Triqonometrik tənliklər və bərabərsizliklər. Triqonometrik funksiyalara aid tətbiqi məsələlər.

Üçbucaqlar, dördbucaqlılar, çoxbucaqlılar, çevrə, sektor və üçölçülü fəzada həndəsi fiqurların xassələri. İkiölçülü fəzada fiqurların sahəsi və perimetri, üçölçülü fəzada fiqurlarin həcmi və tam səthin sahəsi. Oxşar fiqurlar.

Kompleks ədədlər üzərində əməllər. Çoxhədlilərin kökləri və onların vuruqlara ayrılması. Çoxhədlilər üzərində əməllər, çoxhədlinin çoxhədliyə bölünməsi. Bezu teoremi. Çoxhədlinin köklərinin cəmi və hasili haqqında teorem. Kvadrat və yüksək dərəcəli tənliklərin köklərinin kompleks qoşması.