Proqram

ABB Riyaziyyat Yarışması

Proqram 10 günlük intensiv dərslər formatında keçiriləcək. İştirakçılar mühazirələrdə iştirak edəcək və bu müddət ərzində mövzuların hər birinin nəzəriyyəsi ilə tanış olacaqlar. Mühazirələrdən sonra isə seminarlar baş tutacaq, iştirakçılar mövzular üzrə biliklərini misal və məsələlərin həlli yolu ilə möhkəmləndirəcəklər. Təlim gününün sonunda iştirakçılardan qazandıqları bilikləri göstərmək üçün yoxlama işi təqdim edəcəklər və toplanılan ballar ümumi reytinqə gedəcəkdir. 

İştirakçılar 7 akademik saat (5 astronomik saat) ərzində mühazirə və seminarlara cəlb olunacaqlar, yəni toplam 7 dərs. Hər dərs arasında fasilə, o cümlədən, nahar üçün də fasilə olacaqdır.

Son müraciət tarixi 10 Yanvar

Proqrama qeydiyyat aktiv deyil
Başlanğıc

27 Yanvar

Müddət

10 gün

Qrup

30 şagird

Tədris qrafiki

İntensiv

Proqram

ABB Riyaziyyat Yarışması
8

Modul sayı

İnvariantın tərifi. Xüsusiyyətlərinin araşdırılması. Nümunələr. Real məsələlərdə tətbiq prinsipləri. Tipik məsələlərinin həlli.

Orta qiymətin tərifi. Orta qiymətlərin təsnifatı. Ehtimal nəzəriyyəsində və statistikada ortaların istifadəsinə dair nümunələrReal məsələlərdə tətbiq prinsipləri. Tipik məsələlərinin həlli.

Qrafların tərifi və təsnifatı. Qrafların təsvir üsulları. Qraflarda kənar hədd prinsipi. Real məsələlərdə tətbiq prinsipləri. Tipik məsələlərinin həlli.

Ardıcıl təkmilləşdirmə üsulunun müəyyən edilməsi. Nümunələrin nəzərdən keçirilməsi. Real məsələlərdə tətbiq prinsipləri. Tipik tapşırıqların həlli.

İnversiya və simmetriyanın tərifi. Simmetriya və inversiya xüsusiyyətləri. İnversiyaların növləri və ümumiləşdirilməsi. Məsələlərdə simmetriyanın tapılması prinsipləri. Simmetriya ilə məsələlərın sadələşdirilməsi. Real məsələlərdə tətbiq prinsipləri. Tipik məsələlərinin həlli.

Ədədlər nəzəriyyəsinin əsasları. Tam ədədlər nəzəriyyəsinin nəzərdən keçirilməsi, cəbri ədədlər nəzəriyyəsi, analitik ədədlər nəzəriyyəsi. Real məsələlərdə tətbiq prinsipləri. Tipik tapşırıqların həlli.

Funksional tənliklərin tərifi. Rekurrent düsturlar. Funksional tənliklərin və bərabərsizliklərin həll üsulları. Real məsələlərdə tətbiq prinsipləri. Tipik məsələlərinin həlli.

Tədris proqramının mövzularını əhatə edən, yeddi  məsələlərdən ibarət olan  yoxlama işi.