30 iyun - 05 iyul

11-ci sinifə keçid etmiş şagirdlər üçün Yay Riyaziyyat Düşərgəsi

6 günlük intensiv təlim proqramı ilə Quba Palace Oteldə!

Ətraflı
1-ci mərhələ

Qeydiyyat

07 may - 05 iyun

Bu mərhələdə iştirakçılar öz şəxsi məlumatlarını təqdim edir və düşərgədə iştirak üçün motivasiya məktubu yazır.

2-ci mərhələ

Onlayn Test

12 iyun

Seçimin test mərhələsi onlayn qaydada olacaq. İştirakçılar 2 saat ərzində 25 misal və məsələ həll etməlidir.

3-ci mərhələ

Müsahibə

17 - 19 iyun

Yarışın üçüncü final mərhələsi riyazi tapşırıqlar əsasında qurulmuş müsahibə formatında olacaq. Nəticələrə əsasən şagirdlər təqaüdlü və ya ödənişli əsaslarla düşərgədə iştirak haqqı qazanacaqlar.

Proqram tələbələrə bunları qazandıracaq

  • Riyazi bilikləri və problem çözmə bacarıqları gücləndirmək
  • Təcrübəli riyaziyyat ekspertlərindən öyrənmək
  • Gənc riyaziyyatçılar icmasının bir parçasına çevrilmək
  • Riyaziyyat elminin yaratdığı yeni sahələri kəşf etmək

2024-cü il Yay Riyaziyyat Düşərgəsindən görüntülər

Riyazi biliklərini əylənərək öyrənən şagirdlərin ən yadda qalan anları

Mükafatlar

Bütün iştirakçılara sertifikat və qaliblərə pul mükafatı təqdim olunacaqdır.

1-ci yer

1500 AZN

2-ci yer

1000 AZN

3-cü yer

500 AZN

Tez-tez verilən suallar

Seçim mərhələlərində iştirak tamamilə ödənişsizdir.

Seçim mərhələlərini uğurla keçən şagirdlər düşərgədə iştirak hüququ qazanacaqlar və aşağıdakı ödəniş modellərindən biri ilə qəbul olunacaqlar:

  • 5 nəfər100% təqaüd (ödənişsiz iştirak),

  • Qalan iştirakçılar isə nəticələrinə əsasən müxtəlif güzəştlərlə iştirak haqqı qazanacaqlar.

6 günlük intensiv Riyaziyyat Düşərgəsi müddətində iştirakçıların nəqliyyat, qonaqlama, qida, dərs materialları, təlimlər və əlavə fəaliyyətlər kimi xərcləri təşkilatçılar tərəfindən qarşılanacaq.

Bu sosial layihə ABB Tech AkademiyasıGənc Sosial Sahibkarlar qrupunun təşəbbüsü ilə həyata keçirilir və məqsədi riyaziyyata maraqlı istedadlı şagirdləri kəşf etmək və onların inkişafına töhfə verməkdir.

Seçim mərhələlərini uğurla keçmiş şagirdlər intensiv təlimlərə cəlb olunacaq. İntensivlər Quba rayonunda Quba Palace otelində təşkil olunacaq.

Bu proqram riyaziyyatın alqoritmləşdirilməsi və problem həll etmək bacarıqlarının inkişaf etdirilməsi üçün, bu sahədə ixtisaslaşmış metodistlərin dəstəyi ilə hazırlanıb. Bu bacarıqlar rəqəmsal dövrün qabaqcıl istiqamətləri sahəsində uğur qazanmaq üçün olduqca vacibdir.

Proqram çərçivəsində şagirdlər törəmə və onun tətbiqləri, inteqrasiya və onun tətbiqləri, vektorlar, məkan daxilində düz xətlər və müstəvilər, adi diferensial tənliklər

 dair müxtəlif yeni biliklər qazanacaq, nəzəri və praktik problemlərin həlli bacarıqlarına yiyələnəcəklər.

Proqram riyaziyyat və texnologiyalara dərin həvəsi olan 10-cu sinifi bitirmiş 11-ci sinifə keçid etmiş şagirdlər üçün nəzərdə tutulub. 

Misal və məsələlər şagirdlərin məktəb dərsliklərində keçdikləri mövzuları əhatə edəcəkdir.

Seçimin ikinci mərhələsi onlayn imtahan formatında keçiriləcək. İştirakçılara 25 sual veriləcək. Bu sualların hər biri rəqəm, ədəd və/və ya hərf şəklində (ədədləri göstərmək üçün "," və ya "." işarələrindən istifadə edilə bilər) cavab tələb edəcək. İştirakçılara bu tapşırıqları bitirmək üçün 2 saat zaman veriləcək. Hər bir iştirakçının həllə başlamaq üçün yalnız 1 dəfə cəhd etmək şansı var.

Yarışın üçüncü final mərhələsi müsahibə formatında olacaq. İştirakçılara ümumi tanışlıq üçün suallar və 5 riyazi tapşırıq veriləcək. Bu mərhələdə isə cavabdan əlavəətraflı həll təqdim edilməlidir. 

Yay Riyaziyyat Düşərgəsində tədris ingilis dilində keçiriləcəkdir. İngilis dili biliyi vacibdir.

Ərizələrin qəbulu və seçim mərhələsində suallarınızı Azərbaycan Beynəlxalq Bankının 937 nömrəli Məlumat Mərkəzinə və ya "ABB Innovation" sosial şəbəkələri (Instagram, Facebook, LinkedIn) vasitəsi ilə ünvanlaya bilərsiniz.

Tədris müddətində isə mentorlar və kurs koordinatorlardan ibarət komandamız sizi maraqlandıran bütün sualları cavablandıracaqlar.