Daha yaxşı təhsil və gələcək üçün

Müraciət et

Daha yaxşı təhsil və gələcək üçün

Müraciət et
Proqram haqqında ətraflı
Kibertəhlükəsizliyin əsasları, Sistem və Şəbəkə təhlükəsizliyi.

Texnologiyanın sürətli inkişafı təşkilatların kibertəhlükəsizliyə olan tələbatını artırmaqdadır. Kibertəhlükəsizliyin əsasları, Sistem və Şəbəkə təhlükəsizliyi kursunu bitirən tələbələr müəssisə mühitinin təhlükəsizlik vəziyyətini qiymətləndirmək və müvafiq təhlükəsizlik həllərini tövsiyə etmək və həyata keçirtmək üçün tələb olunan bilik və bacarıqlara malik olacaq , bulud, mobil və IoT daxil olmaqla hibrid mühitləri qoruya və idarə edə biləcək, sistemlərin və şəbəkələrin təhlükəsizliyini qoruya bilmək üçün praktiki və nəzəri biliklərə sahib olacaqdır.

Tədris prosesi

ABB Tech Akademiyasına qeydiyyat prosesi açıq elan olunduqdan sonra, namizədlər sayt üzərindən müvafiq proqram üzrə müraciət edirlər. İlkin olaraq qeydiyyat zamanı müraciətçi tərəfindən motivasiya məktubu yazılır və daha sonra növbəti seçim mərhələlərindən keçir.

Seçim prosesində yüksək nəticə göstərmiş namizədlər son mərhələ olan müsahibədə iştirak edirlər. Bütün seçim prosesini uğurla tamamlayan namizədlər müvafiq olaraq proqramlar üzrə qruplara cəlb olunurlar.

Tədris müddəti ərzində tələbələr həm nəzəri həm də praktiki təlimlərdə iştirak edirlər. Təlimlər yerli və beynəlxalq təlimçilər tərəfindən aparılır. Prosses boyunca tapşırıqların və layihələrin yerinə yetirilməsində tələbələrə mentor dəstəyi göstərilir.

Tədrisi uğurla tamamlamış məzunlar sertifikatla təltif olunurlar. Bununla yanaşı məzunların işə qəbul prossesinə start verilir. ABB və partnyor şirkətlərlə birgə “Karyera günləri” təşkil olunur.

Tələbə
Məzun
Cari tələbə
Qəbul mərhələləri
1
Qeydiyyat

Namizəd ərizə formasında özü haqqında lazımi məlumatları daxil edir, eyni zamanda formda qeyd olunan digər suallara cavab verir. Qəbul prosesinin vaxtında və dolğun şəkildə aparılması üçün müraciət zamanı daxil etdiyiniz məlumatların düzgünlüyündən əmin olmağınız xahiş olunur.

2
Müsahibə və kurslara qəbul

Sonuncu mərhələdə təlim təşkilatçıları tərəfindən namizədlərlə müsahibə aparılır. Müsahibə onlayn formatda həyata keçirilir. Hər bir namizəd özü haqqında ətraflı məlumat verir və komissiya onun təlimlərə olan fərdi marağını dəyərləndirir. Müsahibə mərhələsinə keçən namizədlərin texniki bilikləri və yumşaq bacarıqları da yoxlanıla bilər.

Qeydiyyat formu

Hörmətli müraciətçi, yeni proqramlara müraciət etmək üçün formu dolduraraq qeydiyyatdan keçə bilərsiniz. Qeydiyyatı tamamladıqdan sonra mütəmadi olaraq e-mail ünvanınızı yoxlamağınız xahiş olunur.

  • Şəxsi məlumatlar
  • Təhsil
  • Proqram
Şəxsi məlumatlar
Addım 1/3
İştirakçı Ad və Soyadı
Date of birth
Telefon
Şəxsiyyət vəsiqəsinin FİN kodu
Email
Linkedin linki
Təhsil
Addım 2/3
Təhsil aldığınız müəssisə
Neçənci kursda oxuyursunuz?
Hal hazırda oxuyursunuz?
Proqram
Addım 3/3
Proqram seç
ABB Tech-də daha əvvəl iştirak etmisinizmi?
Daha öncə hər hansı bir təqaüd proqramından yararlanmısınızmı?
Motivasiya məktubu