Lead IT Business Analyst
Bakı Dövlət və Bakı Mühəndislik Universitetini bitirib. İT layihələrinin idarə edilməsi sahəsində fəaliyyətə 2019-cu ildən başlayıb. 2021-ci ildən ABB-də Aparıcı İT Biznes Analitik kimi fəaliyyət göstərir, ABB-də “ƏDV Geri Al”, “ABB mobil tətbiqindən sığortaların əldə edilməsi”, “ADM”, Açıq Bankçılıq və s. Kimi layihələrin icrasında analitik kimi fəaliyyət göstərmişdir. Eyni zamanda 2020-ci ildən Bakı Mühəndislik Universitetində “İT layihələrin idarə edilməsi”, “Sistemin analiz edilməsi və layihələndirilməsi” dərslərini tədris edir.
Product Designer
Murad Nağıyev orta təhsilini Bakı Komputer Kollecində təhsil alaraq dizayn sahəsində ilk addımlarını atmağa başlamışdır. O, həm də bir çox yerli və qlobal dizayn müsabiqələrin qalibidir. Ali təhsilini Azərbaycan Dövlət Neft Akademiyasında bitirəndən sonra böyük yerli və qlobal şirkətlərdə Art Director və Məhsul dizayneri kimi çalışmışdır. Bir çox tanınmış məhsul və brendlərdə iş təcrübəsi də danılmazdır. Hal-hazırda ABB-də Senior Məhsul dizayneri kimi fəalliyətinə davam edir.
Lead solution architect
Kiyev Politexnik Universitetini bitirib. Proqramlaşdırma fəaliyyətinə hələ 1987-ci ildən başlayıb. 1991-ci ildə sifariş əsasında özünün ilk proqramını yazıb. 1998-ci ildə o, artıq Basic, Assembler, Fortran, Pascal, Modula2, C, C++, Delphi kimi proqramlaşdırma dillərini bilirdi. Hazırda Scala, Java, TypeScript, JavaScript, and Elixir proqramları üzrə işləyir. Bankçılıq, Sənayenin Avtomatlaşdırılması, Call-centr, Contact-Center və s. onun maraq dairəsinə daxildir.
Full Stack web developer
Xarkovda audio-kinotexnika ixtisası üzrə təhsil alıb. Məzun olduqdan sonra Kiyevə gəlib. Texniki sferada fəaliyyət göstərmək istədiyindən Java Full Stack proqramlaşdırma kursunu bitirib. Uzun müddət mentor kimi çalışıb. Daha sonra isə kommeriya layihələri və koordinasiya məsələləri ilə məşğul olub. Hazırda DAN.IT təhsil mərkəzinin texniki meneceridir.
Senior frontend developer in MaFactory
Kiyev Politexnik İnstitutunu “Redaktə və nəşriyyat işi” ixtisası üzrə bitirib. Təhsil müddətində texniki biliklərə də yiyələnib. Qısa müddətdən sonra isə özünün veb-studiyasını açıb. Son 5 ildə samboya və psixologiya sahəsində ədəbiyyat mütaliəsinə maraq göstərir.
Senior Windows Systems Administrator
Aleksandr Buslayev bakalavr təhsilini Azərbaycan Dövlət Neft Universitetində (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) alıb. Azərbaycan və Gürcüstanın fərqli şirkətlərində sistem administratoru kimi işləyib. Hazırda ABŞ-ın Klaiforniya əyalətinin Los Angeles şəhərində, “Randstad Technologies” şirkətində peşəkar fəaliyyətinə davam edir. O, davamlı inkişafı dəstəkləyir. Çoxsaylı sertifikatları bunun təsdiqidir.
Software Engineer, Data Scientist
Daniel Anderson, IT sahəsində ilk addımlarına ORT Colleges-də Proqramlaşdırma və Kompüter Elmləri ixtisaslarına yiyələnməklə başlayıb. Fərqli vəzifələrdə çalışmaqla yanaşı, 2013-cü ildə İsrail Açıq Universitetinə qəbul olunub. 2019-cu ildə isə Kompüter elmləri üzrə bakalavr dərəcəsi alıb. Hazırda Daniel Nutrino şirkətində BackEnd üzrə mühəndis və Data Scientist kimi, Wawiwa Tech Training-də isə Chief Training Officer kimi fəaliyyətinə davam edir.
Təcrübəli IT meneceri və DevOps üzrə baş menecer
Andrey karyerasına 1998-ci ildə texniki dəstək mütəxəssisi kimi başlamış, qısa müddətdə CIO vəzifəsinə yüksəlmişdir və Societe Generale, Pernod Ricard kimi məşhur beynəlxalq brendlərdə çalışmışdır. 2016-cı ildən Andrey DevOps funksiyası üzrə ixtisaslaşır, davamlı inteqrasiyanı, əməliyyatları və IT məhsullarının çatdırılmasını idarə edir.
Təcrübəli Məhsul Sahibi
Təcrübəli Məhsul Sahibi, Estée Lauder Company kimi böyük müəssisələr, eləcə də müxtəlif Avropa, ABŞ və Çin startapları üçün proqram məhsulları yaratmaq üzrə 5 ildən çox təcrübəyə malikdir. Olena bir çox təhsil layihələrində məruzəçi kimi iştirak etmişdir. Geniş məhsul idarəetmə təcrübəsi ilə İdarəetmə, Scrum Master və Biznes Vasitəçiliyi üzrə magistr dərəcəsinin birləşməsinə malikdir.