Təqaüd proqramında yalnız Azərbaycan vətəndaşları iştirak edə bilərlər.
18 yaşı tamam olmuş hər kəs qəbul üçün onlayn ərizə göndərə bilər. Əsas meyar təhsil arzusu və yüksək həvəsin olmasıdır.
Təlimlərə proqramçı olmaq istəyən şəxslər qoşula bilər. Bununla belə kodlaşdırma ilə bağlı əlavə hər hansı bilik və bacarıq namizədin üstünlüyüdür.
*Proqramların çətinlik dərəcəsindən asılı olaraq, tələbənin mövzuları asanlıqla mənimsəməsi üçün ixtisasa uyğun əlavə bilik və bacarıqlar tələb oluna bilər.
Akademiyamızda təlimlərin onlayn və oflayn qaydada aparılması nəzərdə tutulur.
ABB Tech Akademiyasında təhsil ödənişli əsaslarladır.
"Front End Tərtibatçılıq" ixtisası üzrə təhsil haqqı 2250 AZN təşkil edir.
"UI/UX Dizayn" ixtisası üzrə təhsil haqqı 1950 AZN təşkil edir.
Bununla yanaşı hər istiqamət üzrə qəbul zamanı yüksək nəticə göstərən tələbələr təqaüd (ödənişsiz təhsil) qazanma şansı əldə edə bilər.
Tədris proqramından asılı olaraq tədris müddəti fərqlənir. Tədris müddəti proqramlara uyğun olaraq 2,5 - 4 ay aralığında dəyişir. Saytın “Proqramlar” bölməsində proqramlarla bağlı ətraflı məlumat əldə bilərsiniz.
Tədris ingilis/azərbaycan dillərində aparılacaq.
Ərizələrin qəbulu və seçim mərhələsində suallarınızla Azərbaycan Beynəlxalq Bankının 937 nömrəli Məlumat Mərkəzinə müraciət edə bilərsiniz. Tədris müddətində isə hər bir qrup üzrə müəyyən edilmiş mentorlar və kurs koordinatorları sizi maraqlandıran bütün suallarınızı cavablandıracaqlar.
Bank əməkdaşlarının proqramda iştiraki ilə bağlı məhdudiyyət yoxdur.
Bəli, hər zaman müraciət etmək olar. Amma bu zaman əlaqə məlumatlarınızı yalnız 1 dəfə təqdim etməlisiniz ki, qarışıqlıq yaranmasın.
Bəli, təkrar müraciət mümkündür. Lakin ikinci təqaüd şansı verilmir, təhsil yalnız ödənişli əsaslarla davam etdirilə bilər.
Saytın “Proqramlar” bölməsində proqramlarla bağlı ətraflı məlumat əldə bilərsiniz.