Proqram

IT Audit Career Program

IT Audit Career Program təlim proqramı İT audit sahəsində peşəkar karyera qurmaq istəyən mütəxəssislər üçün hazırlanıb. Proqram çərçivəsində iştirakçılar beynəlxalq audit və informasiya təhlükəsizliyi çərçivələri, bank sistemlərinin auditi, kibertəhlükəsizlik və risk idarəetməsi, data analitikası və AI əsaslı audit yanaşmalarını mənimsəyəcək, həmçinin CISA sertifikatlaşdırılmasına hazırlıq və İT Audit sahəsində karyera inkişafı üçün zəruri bilik və bacarıqlar əldə edəcəklər.

Proqrama qeydiyyat aktiv deyil
Başlanğıc

Sentyabr 2026

Müddət

2 ay

Qrup

15-20

Tədris qrafiki

I və IV günlər 19:00-21:00

Qəbul şərtləri
Yaş həddi

18 years and older

Dil biliyi

Minimum pre-intermediate səviyyəsində ingilis dili biliyi

Tələb

İnformasiya Texnologiyaları və ya İnformasiya Təhlükəsizliyi sahəsində baza bilikləri; Windows əməliyyat sistemi, kompüter şəbəkələri və verilənlər bazaları üzrə ilkin biliklər; Fərdi noutbuk, yaxud kompüterə malik olmaq

Gözlənti

İntensiv tədrisə hazırlıq və əlavə materiallar üzrə daim araşdırma aparmaq həvəsi

Kurs tələbələrə bunları qazandıracaq:

Risk əsaslı İT audit proseslərinin planlaşdırılması və tətbiqi bacarığı

Bank sistemləri, rəqəmsal platformalar və ödəniş sistemlərinin auditinə dair praktiki biliklər

Kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi və İT risklərinin qiymətləndirilməsi üzrə peşəkar yanaşmalar

COBIT 2019, ISO 27001 və NIST kimi beynəlxalq audit və təhlükəsizlik çərçivələrinin praktik tətbiqi bacarığı

Data analitikası, AI əsaslı audit texnologiyaları və müasir audit alətlərindən istifadə bacarıqları

CISA sertifikatlaşdırılmasına hazırlıq və İT Audit sahəsində peşəkar karyera inkişafı üçün fundamental biliklər

Proqram

IT Audit Career Program
6

Modul sayı

  • IT auditin mahiyyəti və əsas anlayışlar
  • Daxili və xarici audit yanaşmaları
  • Audit dövrü və audit prosesinin mərhələləri
  • COBIT 2019 çərçivəsi, domenlər və proseslər
  • Bank tənzimləyicilərinin və normativ tələblərin rolu
  • ISO 27001 və NIST Cybersecurity Framework əsasları
  • Mərkəzi Bankın informasiya təhlükəsizliyi və risk idarəetməsi tələbləri
  • Audit planlaması və risk qiymətləndirilməsi
  • Audit məqsədinin və əhatə dairəsinin müəyyənləşdirilməsi
  • Audit iş sənədlərinin hazırlanması
  • Bank əsas sistemləri (CBS) və mobil tətbiqlərin arxitekturası
  • Giriş nəzarəti və istifadəçi səlahiyyətlərinin idarə edilməsi
  • Sistem parametrləri və konfiqurasiya idarəetməsi
  • Veb və mobil tətbiqlərin təhlükəsizlik prinsipləri
  • API təhlükəsizliyi və inteqrasiya riskləri
  • İstifadəçi məlumatlarının mühafizəsi
  • PCI-DSS və OWASP təhlükəsizlik standartları
  • Ödəniş sistemlərinin auditi
  • SWIFT infrastrukturu və nəzarət mexanizmləri
  • Kart prosessinq sistemləri (Visa və MasterCard)
  • POS terminallar və ATM sistemləri üzrə audit yanaşmaları
  • Verilənlər bazalarının auditi (Oracle və MS SQL)
  • Log fayllarının təhlili və monitorinq
  • SQL sorğuları vasitəsilə audit yoxlamalarının aparılması
  • Kibertəhlükəsizlik auditinin əsasları
  • Zəiflik skanlarının və penetrasiya testlərinin nəticələrinin qiymətləndirilməsi
  • Firewall, IDS/IPS, DLP və şifrələmə (encryption) nəzarətləri
  • Privileged Access Management (PAM) və yüksək səlahiyyətli istifadəçilərin nəzarəti
  • Change Management proseslərinin və dəyişiklik nəzarətlərinin auditi
  • Biznes Davamlılığı Planı (BCP) və Fövqəladə Hallardan Bərpa (DR) metodologiyaları
  • RTO və RPO göstəricilərinin qiymətləndirilməsi
  • Data mərkəzlərinin audit yanaşmaları
  • Backup və bərpa prosedurlarının yoxlanılması
  • IT risk qiymətləndirməsi və risk matrisi
  • Risk iştahası və risk qəbul meyarları
  • Risk and Control Self-Assessment (RCSA) metodologiyası
  • Audit hesabatlarının hazırlanması prinsipləri
  • Audit tapıntılarının risk səviyyəsinə uyğun prioritetləşdirilməsi
  • Effektiv və praktik tövsiyələrin yazılması metodologiyası
  • Audit nəticələrinin rəhbərliyə təqdim edilməsi
  • Audit tapıntılarının izlənilməsi və monitorinqi
  • Tövsiyələrin icra vəziyyətinin qiymətləndirilməsi
  • Süni intellektin audit proseslərində tətbiqi
  •  AI əsaslı audit yanaşmaları və avtomatlaşdırma imkanları
  • TeamMate audit platforması ilə tanışlıq
  • Audit məlumatlarının təhlili və monitorinqi
  • Fırıldaqçılıq (Fraud) risklərinin aşkarlanması
  • Data analitikası və audit texnologiyaları
  • CISA sertifikasiyasına giriş və imtahan strukturu
  • CISA-nın 5 domeni üzrə ümumi icmal
  • CISA imtahanına hazırlıq yanaşmaları
  • IT audit mütəxəssisinin karyera yolu və inkişaf istiqamətləri
  • Yerli və beynəlxalq əmək bazarında IT audit imkanları