Proqram

Yay Riyaziyyat Düşərgəsi

Düşərgə 6 günlük intensiv dərslər formatında keçiriləcək. İştirakçılar mühazirələrdə iştirak edəcək və bu müddət ərzində mövzuların hər birinin nəzəriyyəsi ilə tanış olacaqlar. Mühazirələrdən sonra isə seminarlar baş tutacaq, iştirakçılar mövzular üzrə biliklərini misal və məsələlərin həlli yolu ilə möhkəmləndirəcəklər. Təlim gününün sonunda iştirakçılardan qazandıqları bilikləri göstərmək üçün yoxlama işi təqdim edəcəklər və toplanılan ballar ümumi reytinqə gedəcəkdir. 

Qeyd! Seçim mərhələlərində iştirak tamamilə ödənişsizdir.

Yalnız seçim mərhələlərini uğurla keçən şagirdlər düşərgədə iştirak hüququ qazanacaqlar və aşağıdakı ödəniş modellərindən biri ilə qəbul olunacaqlar:

  • 5 nəfər – 100% təqaüd (ödənişsiz iştirak),
  • Qalan iştirakçılar isə nəticələrinə əsasən müxtəlif güzəştlərlə iştirak haqqı qazanacaqlar.

6 günlük intensiv Riyaziyyat Düşərgəsi müddətində iştirakçıların nəqliyyat, qonaqlama, qida, dərs materialları, təlimlər və əlavə fəaliyyətlər kimi bütün xərcləri təşkilatçılar tərəfindən qarşılanacaq 🚴🚶🏌.

Proqrama qeydiyyat aktiv deyil
Başlanğıc

30 iyun - 5 İyul

Müddət

6 gün

Qrup

15 şagird

Tədris qrafiki

Hər gün saat 10:00 - 18:00

Qəbul şərtləri
Sinif

10-cu sinifi bitirmiş

Dil biliyi

Minimum intermediate səviyyəsində ingilis dili biliyi

Tələb

Kamp qaydalarına riəyət

Gözlənti

İntensiv tədrisə hazırlıq və əlavə materiallar üzrə daim araşdırma aparmaq həvəsi

Proqram

Yay Riyaziyyat Düşərgəsi
4

Modul sayı

Limit anlayışı. Funksiyanın törəməsinin tərifə əsasən hesablanması. Diferensiallama qaydaları. Törəmənin tətbiqləri. Qeyri-aşkar funksiyanın diferensiallanması.

İbtidai funksiya və qeyri-müəyyən integral. İnteqrallanma qaydaları. Müəyyən integralın həndəsi mənası.İnteqralların tətbiqləri. İntegrallanma üsulları.

Vektor anlayışı və vektorlar üzərində əməllər. Düz xəttin vektorial tənliyi. Düz xəttin tənliyinin başqa formaları. Müstəvi tənliyi. Düz xətt və müstəvilər arasında bucaqlar və kəsişmələr.

Dəyişənlərinə ayrıla bilən diferensial tənliklər. Birtərtibli bircins diferensial tənliklər. Birtərtibli xətti diferensial tənliklər.