ABB Tech Akademiyası
Akademiyanın missiyası Azərbaycanın informasiya texnologiyaları bazarının beynəlxalq standartlara və gələcəyin texnoloji çağırışlarına uyğunlaşmaq və yeni nəsil peşəkarlara bu perspektivli əmək bazarında yeni imkanların yaradılmasına dəstək verməkdir.
İT bilikləri
Yumşaq bacarıqlar
Təcrübə
İT bilikləri ilə yanaşı təqdimat bacarıqıarının da artırılması
Yerli və beynəlxalq təlimçilər tərəfindən keçirilən intensiv təlim proqramı
Kursu müvəffəqiyyətlə bitirmiş tələbələrə iş imkanlarının yardılmasında dəstək
ABB Tech Akademiyasında təhsil – hazırda dünyanın ən populyar peşəsi sayılan yüksək texnologiyalar mütəxəssisi kimi yetişərək əmək bazarında bu sahə üzrə öz potensialını reallaşdırmaqdan ötrü gözəl şansdır.
Akademiyada təhsil almaq özünü proqramlaşdırma sahəsində sınamaq istəyən hər kəsə bu cür imkanlar yaradır. Hətta indiyə qədər kodların yazılması ilə bağlı heç bir anlayışı olmayanlar üçün də bu, yaxın gələcəkdə əsl proqramçı kimi yetişmək üçün əla fürsətdir.
Hazırda Azərbaycanda yüksək texnologiyalar sahəsi sürətlə inkişaf etməkdədir. Bu sahənin birinciləri sırasında yüksək texnologiyalar dünyasını kəşf etmək və ölkənin əmək bazarında ən tələb olunan mütəxəssislərdən olmaq şansını qaçırma.
The Academy is open for everyone who wants to try out programming. It is a great opportunity even for applicants who have never coded before to build a successful future career as a programmer. Currently Azerbaijani IT sector is seeing a rapid growth. Seize the moment exploring the world of tech to be the first to pave the way to a highly-paid and promising profession of the future.
Təlimlər İsrailin məşhur TELEM metodu əsasında aparılır, hər bir tələbəyə yanaşma fərdi və kompleks olur
Namizəd universal testlərdən və şifahi müsahibədən keçir
Tələbənin maraq profili müəyyənləşir, güclü və zəif tərəfləri təhlil edilir, motivasiyası nəzərə alınır
Əvvəlcə baza vərdişlər, daha sonra texnologiya konsepti və təcrübə əsasında konkret texnologiyalar öyrədilir
Layihə işi, maksimum təcrübə, minimum nəzəriyyə əsas prinsip kimi qorunur
Tədris prosesində oxu materialları və konspektlərdən istifadə edilmir – yalnız müxtəlif çətinlik dərəcəsində məsələlərin həlli tapşırılır
Akademiya mentor sistemini tətbiq edir - tələbələr daimi dəstəyə malik olur
Tələbələr qazandıqları bilik və bacarıqları möhkəmləndirməkdən ötrü təcrübi layihələr yerinə yetirirlər