Biznes analitik alətlər, proseslər, sənədlər və maraqlı tərəflər daxil olmaqla, müəssisə daxilində müxtəlif mənbələrdən məlumatların toplanması, sintezi və təhlili üçün məsuliyyət daşıyır. O maraqlı tərəflərin cari ehtiyaclarını müəyyən etməklə yanaşı, mütəmadi araşdırmanı, habelə qarşıda duran problemlərin həlli üçün tələblərin dəqiqləşdirilməsini özündə cəmləşdirir. Proqramımız bu sahədə uğur qazanmaq, biliklərini artırmaq istəyənlər üçün müəssisənin problemlərini və məqsədlərini anlamaq, ehtiyacları və həll yollarını təhlil etmək, strategiyalar hazırlamaq, dəyişikliyə sövq etmək və istənilən IT layihəsində maraqlı tərəflərin əməkdaşlığını asanlaşdırmaq məqsədi ilə interaktiv üsullar əsas tutulmaqla hazırlanıb.
İT Biznes Analitik ixtisası üzrə təhsil haqqı 2250 AZN təşkil edir.
Oktyabr 2024
5.5 ay
20-25 nəfər
I və V günlər saat 19:00, Bazar günü saat 11:00
Analitika və ya müştəri xidməti rolunda iş təcrübəsi və yumşaq bacarıqlara malik olmaq.
Minimum intermediate səviyyəsində ingilis dili biliyi
Fərdi noutbuk, yaxud kompüterə malik olmaq
18 yaş və yuxarı
Biznes analitikasının əsasları
Tələblərin toplanması, analizi və prioritetləşdirilməsi
Biznes proseslərin analizi, planlaşdırılması və modelləşdirilməsi
Layihələrin idarəedilməsinin əsasları (Ənənəvi, Çevik)
Biznes analitik üçün Proqram təminatının testi
Texniki bilgilər (Proqram təminatının arxitekturası, SQL, Data baza, UI/UX dizayn, Proqram təminarları)
Modul sayı