Proqram

Startup Camp

14-17 yaşlı gənc innovatorların startapın dinamik dünyasına dalacağı 6 günlük intensiv proqramdır.

Yeniyetmələrə startap haqqında nəzəri və praktiki biliklərin aşılanması və şəxsi startaplarını işləyən məhsul halına gətirib inkişaf etdirə bilmələri üçün istiqamətin verilməsini təmin edəcəkdir.

İştirakçılar hər gün 2-3 saat ərzində ABB Tech Akademiyada seminarlar, vörkşoplar və intellektual oyunlara qoşulacaqlar. 🔥

Proqram şagirdlərə startapın başlanğıc dövrü boyunca bələdçilik edəcək və böyüməyə dəstək olacaq mentorlara və sahə ekspertlərinə çıxış imkanı verəcəkdir.

Məhsulun identifikasiya, ideya, iterasiya və tədbiq mərhələlərində inkişafı əsas götürüləcəkdir. Şagirdlər öz məhsullarını inkişaf etdirmək üçün kiçik komandalara bölünəcək və düşərgə proqramının sonunda Demo Günündə Juriyə startaplarını təqdim edəcəklər.

Bu unikal düşərgə proqramında şagirdlər sahibkarlıq, biznes model, İT, bazar araştırması, MVP, marketinq strategiyası, maliyyə planlaması, investisiyalar və ən əsas təqdimat bacarıqlarına yiyələnərək gələcək karyera addımlarını güvənlə atacaqlar. 🚀

Düşərgəni bitirən iştirakçılara sonda sertifikat təqdim olunacaqdır. 

Qeyd: Düşərgə 19-25 avqust tarixlərində ABB Tech Akademiyada baş tutacaqdır və iştirak ödənişlidir, 450 AZN. Yerlər məhduddur müraciət etməyə tələsin.⏰

Proqrama qeydiyyat aktiv deyil
Başlanğıc

19 avqust

Müddət

6 gün

Qrup

15 şagird

Tədris qrafiki

Hər gün saat 10:00 - 13:00

Qəbul şərtləri
Yaş

14-17 yaş aralığı

Dil biliyi

Minimum intermediate səviyyəsində ingilis dili biliyi

Tələb

Kamp qaydalarına riəyət

Gözlənti

İntensiv tədrisə hazırlıq və əlavə materiallar üzrə daim araşdırma aparmaq həvəsi

Kurs tələbələrə bunları qazandıracaq:

Sahibkarlıq ruhu: Yaradıcılıq, problem həll etmə və idarəçilik bacarıqlarını inkişaf etdirin

Fərqli perspektivlərdə biznes: Fərqli peşələrin startupın ərsəyə gəlməsinə necə təsir etdiyini öyrənin

Özünə inam: İctimaiyyət qarşısında çıxışlar və ideyanızı daha güvənlə irəli sürməkdə professionallardan dəstək alın

Proqram

Startup Camp
8

Modul sayı