QA Tester təlim proqramında siz QA əsaslarını öyrənəcəksiniz, proqram təminatının tərtibatına müxtəlif yanaşmalarla tanış olacaqsınız və heç bir ilkin biliklərə sahib olmadan Java proqramlaşdırma dilində avtotestlər yazacaqsınız.
ABB Tech Akademiyasında Mobil Tərtibatçılıq proqramı bu sahənin professional mütəxəssisi olmaq istəyənlərdən ötrü xüsusi hazırlanıb. Proqram üzrə təhsil alan tələbələr Android platforması üçün daha peşəkar şəkildə mobil tətbiqlər yaratmağı öyrənəcəklər.
"Data Analitikası və Generativ Süni İntellekt" təlim proqramı, texniki baza biliklərinə malik və data sahəsində peşəkar inkişafı hədəfləyən şəxslər üçün hazırlanıb. Proqram iştirakçıları məlumatların təhlili, modelləşdirilməsi və vizuallaşdırılması üzrə müasir yanaşmaları mənimsəyəcək, generativ süni intellekt alətləri ilə işləmə bacarığı əldə edəcək və real data tapşırıqları üzərində praktiki təcrübə qazanacaqlar. Təlim iştirakçıları data əsaslı qərarvermə proseslərini öyrənərək böyük həcmli məlumatlarla işləmə bacarığını inkişaf etdirəcək və nəticələri effektiv şəkildə təqdim etməyi bacaracaqlar. Proqram müasir data analitikası ekosistemini əhatə edərək iştirakçıları əmək bazarının dəyişən tələblərinə hazırlayır.
Düşərgə 6 günlük intensiv dərslər formatında Quba rayonunda Quba Palace Otelində keçiriləcək. İştirakçılar mühazirələrdə iştirak edəcək və bu müddət ərzində mövzuların hər birinin nəzəriyyəsi ilə tanış olacaqlar.
ABB Tech Akademiyasına qeydiyyat prosesi açıq elan olunduqdan sonra, namizədlər sayt üzərindən müvafiq proqram üzrə müraciət edirlər. İlkin olaraq qeydiyyat zamanı müraciətçi tərəfindən motivasiya məktubu yazılır və daha sonra növbəti seçim mərhələlərindən keçir.
Seçim prosesində yüksək nəticə göstərmiş namizədlər son mərhələ olan müsahibədə iştirak edirlər. Bütün seçim prosesini uğurla tamamlayan namizədlər müvafiq olaraq proqramlar üzrə qruplara cəlb olunurlar.
Tədris müddəti ərzində tələbələr həm nəzəri həm də praktiki təlimlərdə iştirak edirlər. Təlimlər yerli və beynəlxalq təlimçilər tərəfindən aparılır. Prosses boyunca tapşırıqların və layihələrin yerinə yetirilməsində tələbələrə mentor dəstəyi göstərilir.
Tədrisi uğurla tamamlamış məzunlar sertifikatla təltif olunurlar. Bununla yanaşı məzunların işə qəbul prossesinə start verilir. ABB və partnyor şirkətlərlə birgə “Karyera günləri” təşkil olunur.
Namizəd ərizə formasında özü haqqında lazımi məlumatları daxil edir, eyni zamanda formda qeyd olunan digər suallara cavab verir. Qəbul prosesinin vaxtında və dolğun şəkildə aparılması üçün müraciət zamanı daxil etdiyiniz məlumatların düzgünlüyündən əmin olmağınız xahiş olunur.
Sonuncu mərhələdə təlim təşkilatçıları tərəfindən namizədlərlə müsahibə aparılır. Müsahibə onlayn formatda həyata keçirilir. Hər bir namizəd özü haqqında ətraflı məlumat verir və komissiya onun təlimlərə olan fərdi marağını dəyərləndirir. Müsahibə mərhələsinə keçən namizədlərin texniki bilikləri və yumşaq bacarıqları da yoxlanıla bilər.
Qeydiyyat formu
Hörmətli müraciətçi, yeni proqramlara müraciət etmək üçün formu dolduraraq qeydiyyatdan keçə bilərsiniz. Qeydiyyatı tamamladıqdan sonra mütəmadi olaraq e-mail ünvanınızı yoxlamağınız xahiş olunur.