Proqram

Scrum Master

Dövrümüzün ən perspektivli ixtisaslarından olan Scrum master vəzifəsinə yiyələnməklə agile transformasiyasında mühüm rol oynayacaqsınız. Bu proqramda siz Scrum prinsiplərini, rollarını və təcrübələrini dərindən başa düşəcəksiniz. Təcrübəli təlimçilərimiz real ssenarilər əsasında yaxşı hazırlaşmağınızı təmin etmək üçün sizə praktiki məşqlər və seminarlar keçəcəkdir. İstər layihə meneceri, istər komanda lideri, istərsə də çevik metodologiyalara həvəsli olmağınızdan asılı olmayaraq, bu proqram sizi çevik layihə idarəetməsində üstün olmaq üçün lazım olan bilik və bacarıqlarla təchiz edir.

Proqrama qeydiyyat aktiv deyil
Başlanğıc

Dekabr 2023

Müddət

3 ay

Qrup

20-25 nəfər

Tədris qrafiki

Bazar günü saat 10:00-16:00

Qəbul şərtləri
Gözlənti

İntensiv tədrisə hazırlıq

Dil biliyi

Minimum intermediate səviyyəsində ingilis dili biliyi

Tələb

Fərdi noutbuk, yaxud kompüterə malik olmaq

Yaş həddi

18 yaş və yuxarı

Kurs tələbələrə bunları qazandıracaq:

Agile dəyərlərinin və prinsiplərinin tətbiqi

Sahə və komandalar daxilində iş proseslərinin “ABB Playbook” metodologiya sənədinə uyğun düzgün təşkili

Bütün maraqlı tərəflər arasında şəffaf kommunikasiyanın qurulması

Asılılıqların, əngəllərin müəyyən edilməsi və həllinə dəstək

Təşkilati və komanda səviyyəli tədbirlərin (görüşlərin) təşkili və onların agile qaydalarına uyğun keçirilməs

Krosfunksional komandalar daxilində, hər agile rolun doğru şəkildə icrasının təmin olunması

Komandalar üzrə agile məlumatlılığın, yetkinliyin qiymətləndirilməsi və inkişaf etdirilməsi

Yeni xidmət və məhsulların yaradılması proseslərinin effektivliyinin mütəmadi izlənilməsi və təkmilləşdirilməsi

Proqram

Scrum Master
3

Modul sayı

  • Agile dəyərlər və prinsiplər
  • Scrum dəyərləri və əsas anlayışları
  • Scrum komanda və komandadakı əsas rollar.
  • Scrum eventləri
  • Scrum artifaktları
  • Komandanı kick-off etmək (1ci cəhd)
  • Texniki bacarıqlar
  • Yumşaq bacarıqlar
  • Scrum Master-in şapkaları – fasilitator/kouç/mentor/müəllim/lider və s.
  • Hər bir eventdə SMin diqqət etməli olduğu məqamlar – kick-off və bütün scrum eventləri
  • Eventlərdə görünən əsas disfunksiyalar və onların praktiki həlli
  • Komandanı kick-off etmək (2ci cəhd)
  • Komandanın inkişaf mərhələləri və hər birində SMin rolu
  • Komandanın qurulması
  • Komandanın çevikliyinin ölçülməsi üsulları
  • Kouçinq haqqında ümumi anlayış
  • Kouçun vərdişləri
  • Kouçinq alətləri
  • Kouçsessiya və gündəlik SM işində bundan necə istifadə etmək olar
  • Feedback
  • Konfliktlərin idarə olunması