Daha yaxşı təhsil və gələcək üçün

Müraciət et

Daha yaxşı təhsil və gələcək üçün

Müraciət et
Proqram haqqında ətraflı
Linux idarəetmə sistemi

Bu kurs sistem və şəbəkə idarəçiləri, eləcə də, proqram tərtibatçıları daxil olmaqla, Linux idarəetmə bacarıqlarını öyrənmək istəyən İT mütəxəssisləri üçün nəzərdə tutulmuşdur. Kurs DevOps-da karyera qurmaq istəyən şəxslər üçün də uyğundur.

Proqram haqqında ətraflı
Full Stack Tərtibatçılıq - Professional

Proqram haqqında ətraflı
QA Avtomatlaşdırma - 2

QA Automation təlim proqramında siz QA əsaslarını öyrənəcəksiniz, proqram təminatının tərtibatına müxtəlif yanaşmalarla tanış olacaqsınız və heç bir ilkin biliklərə sahib olmadan Java proqramlaşdırma dilində avtotestlər yazacaqsınız.

Proqram haqqında ətraflı
IT Biznes Analitik - 2

Proqramımız bu sahədə uğur qazanmaq, biliklərini artırmaq istəyənlər üçün müəssisənin problemlərini və məqsədlərini anlamaq, ehtiyacları və həll yollarını təhlil etmək, strategiyalar hazırlamaq, dəyişikliyə sövq etmək və istənilən IT layihəsində maraqlı tərəflərin əməkdaşlığını asanlaşdırmaq məqsədi ilə interaktiv üsullar əsas tutulmaqla hazırlanıb.

Tədris prosesi

ABB Tech Akademiyasına qeydiyyat prosesi açıq elan olunduqdan sonra, namizədlər sayt üzərindən müvafiq proqram üzrə müraciət edirlər. İlkin olaraq qeydiyyat zamanı müraciətçi tərəfindən motivasiya məktubu yazılır və daha sonra növbəti seçim mərhələlərindən keçir.

Seçim prosesində yüksək nəticə göstərmiş namizədlər son mərhələ olan müsahibədə iştirak edirlər. Bütün seçim prosesini uğurla tamamlayan namizədlər müvafiq olaraq proqramlar üzrə qruplara cəlb olunurlar.

Tədris müddəti ərzində tələbələr həm nəzəri həm də praktiki təlimlərdə iştirak edirlər. Təlimlər yerli və beynəlxalq təlimçilər tərəfindən aparılır. Prosses boyunca tapşırıqların və layihələrin yerinə yetirilməsində tələbələrə mentor dəstəyi göstərilir.

Tədrisi uğurla tamamlamış məzunlar sertifikatla təltif olunurlar. Bununla yanaşı məzunların işə qəbul prossesinə start verilir. ABB və partnyor şirkətlərlə birgə “Karyera günləri” təşkil olunur.

Tələbə
Məzun
Cari tələbə
Qəbul mərhələləri
1
Qeydiyyat

Namizəd ərizə formasında özü haqqında lazımi məlumatları daxil edir, eyni zamanda formda qeyd olunan digər suallara cavab verir. Qəbul prosesinin vaxtında və dolğun şəkildə aparılması üçün müraciət zamanı daxil etdiyiniz məlumatların düzgünlüyündən əmin olmağınız xahiş olunur.

2
Müsahibə və kurslara qəbul

Sonuncu mərhələdə təlim təşkilatçıları tərəfindən namizədlərlə müsahibə aparılır. Müsahibə onlayn formatda həyata keçirilir. Hər bir namizəd özü haqqında ətraflı məlumat verir və komissiya onun təlimlərə olan fərdi marağını dəyərləndirir. Müsahibə mərhələsinə keçən namizədlərin texniki bilikləri və yumşaq bacarıqları da yoxlanıla bilər.

{{-- data-submitted="false"--}}

Qeydiyyat formu

Hörmətli müraciətçi, ABB Tech Akademiyası proqramlarına müraciət etmək üçün formu dolduraraq qeydiyyatdan keçə bilərsiniz. Qeydiyyatı tamamladıqdan sonra mütəmadi olaraq e-mail ünvanınızı yoxlamağınız xahiş olunur.

  • Şəxsi məlumatlar
  • Təhsil
  • Proqram
Şəxsi məlumatlar
Addım 1/3
Təhsil
Addım 2/3
Proqram
Addım 3/3
Təqaüd proqramına qəbul ola bilmədiyiniz halda ödənişli əsaslarla təhsil almaq imkanı əldə edə bilərsiniz.