Proqram

Lego Robotics

Lego Robotics həm 8-10 həm də 10-15 yaşlı şagirdlər üçün nəzərdə tutulub. Bu proqram şagirdlərə real problemlərə texnoloji və mühəndislik yönümlü həllər tapmaq imkanı yaradır. Proqram çərçivəsində iştirakçılar LEGO robotlar qurur və proqramlaşdırır, mövzuya uyğun innovativ layihə hazırlayır, tədqiqat aparır və komanda şəklində təqdimatlar edirlər. Bu proses zamanı şagirdlər analitik düşüncə, problem həll etmə, kodlaşdırma, mühəndislik dizaynı, komanda işi və ünsiyyət bacarıqları qazanırlar.

Proqramda iştirak 520 AZN təşkil edir.

Müraciət et
Başlanğıc

30 iyun

Müddət

10 gün

Qrup

15 şagird

Tədris qrafiki

Hər gün saat 10:00-13:00 arası

Qəbul şərtləri
Yaş aralığı

8-15 yaş aralığında olmaq

Məsuliyyət

İntensiv təlimlərə hazırlıq

Motivasiya

Texnologiyaya maraq

Tələb

Komputer

Kurs tələbələrə bunları qazandıracaq:

Mühəndislik və proqramlaşdırmanın əsas anlayışlarını praktiki şəkildə öyrənmək.

Sensorlar, motorlar və konstruksiya elementləri ilə işləmə bacarıqları əldə etmək.

Robotların yığılması və proqramlaşdırılması sahəsində ilkin təcrübə qazanmaq.

Praktiki yarışlar vasitəsilə öyrəndiklərini tətbiq etmək və möhkəmləndirmək.

Yaradıcılıq və innovativ düşünmə bacarıqlarını inkişaf etdirmək.

Layihə əsaslı öyrənmə ilə məsuliyyət və müstəqil işləmə qabiliyyətini gücləndirmək.

Proqram

Lego Robotics
10

Modul sayı

Məqsəd: LEGO detallarını, motorları və sensorları tanıtmaq; sadə robot modelinin yığılması

Məzmun:

  • LEGO detallarının funksiyaları
  • Motor və sensorların tanıdılması
  • Sadə robot konstruksiyası və ilkin test

Məqsəd: Robotu proqramlaşdıraraq irəli və geri hərəkət etdirmək

Məzmun:

  • Hərəkət bloklarının izahı

  • İrəli-geri hərəkət üçün proqram qurulması

  • Sürət və məsafənin tənzimlənməsi

Məqsəd: Robotun sağa və sola dönmə bacarığını inkişaf etdirmək, girosensorla tanışlıq

Məzmun:

  • Dönmə funksiyaları
  • Girosensorun rolu və tətbiqi
  • Məşq tapşırıqları

Məqsəd: Rəng sensorunu istifadə edərək mühitə uyğun proqram yazmaq

Məzmun:

  • Rəng sensorunun tanıdılması
  • Rənglərə görə fərqli funksiyaların yerinə yetirilməsi
  • Rəng detektoru layihəsi

Məqsəd: Məsafə sensorunun istifadəsi və maneədən yayınma mexanizmləri

Məzmun:

  • Məsafə ölçmə prinsipi
  • Sensorla qarşılıqlı reaksiya
  • Maneədən yayınan robot modeli

Məqsəd: Güc sensorunu tanıtmaq və tətbiq sahələrini öyrətmək

Məzmun:

  • Güc sensoru necə işləyir
  • Təzyiqə əsaslanan funksiyalar
  • Real vəziyyət simulyasiyaları

Məqsəd: Çarxların hərəkətə və sabitliyə təsirini öyrənmək

Məzmun:

  •  Fərqli çarx tipləri
  •  Sürət və dartı gücünə təsir
  •  Sadə ötürücü sistemlərin qurulması

Məqsəd: Rəng sensoru ilə xətt izləyən robot proqramı hazırlamaq

Məzmun:

  • Xətt izləmə alqoritmləri
  • Komanda yarışı
  • Ən yaxşı performansın qiymətləndirilməsi

Məqsəd: LEGO hissələri ilə kompleks model qurmaq

Məzmun:

  •  Helikopter konstruksiyası
  •  Dizayn və balanslama
  •  Təqdimat üçün modelin test edilməsi

Məqsəd: Yarışma şəraitində robotların sınaqdan keçirilməsi

Məzmun:

  •  Sumo qaydaları
  •  Robotun strategiyasının qurulması
  •  Turnir formatında yarış və nəticələrin qiymətləndirilməsi