Proqram

Mexatronika və robototexnika (10-16 yaş)

Təlim proqramı 10–16 yaşlı şagirdlər üçün nəzərdə tutulub. Proqram şagirdlərə proqramlaşdırma əsaslarını öyrətməklə yanaşı, birplatalı platformalar (məsələn, Arduino və Micro:bit) üzərində praktiki kodlaşdırma bacarıqlarını formalaşdırmağa yönəlib. Təlim zamanı iştirakçılar sensorlar, LED-lər, motorlar və digər elektron komponentlərlə işləyərək interaktiv sistemlər qurur, real həyatdan nümunələrlə proqramlaşdırma tapşırıqları yerinə yetirirlər. Bu proses onlarda məntiqi düşüncə, alqoritmik yanaşma və texnoloji yaradıcılığı inkişaf etdirir.

Proqramda iştirak 520 AZN təşkil edir.

Müraciət et
Başlanğıc

30 Iyun

Müddət

10 gün

Qrup

15 şagird

Tədris qrafiki

Hər gün saat 10:00-13:00 arası

Qəbul şərtləri
Yaş aralığı

8-15 yaş aralığında olmaq

Məsuliyyət

İntensiv təlimlərə hazırlıq

Motivasiya

Texnologiyaya maraq

Tələb

Komputer

Proqram

Mexatronika və robototexnika (10-16 yaş)
10

Modul sayı

Məqsəd: Şagirdlərə Micro:bit haqqında ümumi məlumat vermək və blok əsaslı kodlama ilə tanış etmək.

Məzmun:

  • Micro:bit lövhəsinin hissələrinin izahı (LED paneli, düymələr, sensorlar və s.)
  • MakeCode platformasının tanıdılması
  • Sadə blok kodlama nümunəsi: LED-işıqlandırma, salam yazısı və s. 

Məqsəd: Şagirdlərin kod parçalarını birləşdirərək funksional proqramlar yaratmasını təmin etmək.

Məzmun:

  • Əvvəlki dərsdə yazılmış kodların birləşdirilməsi
  • “Funksiya” anlayışı və istifadəsi Məsələn: temperatur ölçən və LED göstəricili sistem

Məqsəd: Şagirdlərə Arduino platforması haqqında məlumat vermək və C/C++ əsaslı kodlamaya giriş.

Məzmun:

  • Arduino lövhələrinin (UNO, Nano) tanıdılması
  • Arduino IDE proqram təminatı ilə tanışlıq
  • Sadə LED yanıb-sönməsi kod nümunəsi (blink)

Məqsəd: Kodları daha modullu və təkrar istifadə edilə biləcək formada yazmağı öyrətmək.

Məzmun:

  • Void setup() və void loop() strukturu
  • Funksiya yaratmaq və çağırmaq Məsələn: LED və buzzer ilə xəbərdarlıq sistemi 

Məqsəd: Arduino və müxtəlif sensorlar arasında məlumat ötürülməsi məntiqini anlamaq.

Məzmun:

  • Sensorların növləri (DHT11, LDR, ultrasonik və s.)
  • Məlumat oxuma və şərh etmə Məsələn: işıq sensoru ilə avtomatik lampa sistemi

Məqsəd: Əvvəlki biliklərdən istifadə edərək sadə bir robot modelinin qurulması.

Məzmun:

  • DC motorlar və motor sürücüləri (L298N)
  • Robotun irəli, geri, sola və sağ hərəkətləri
  • Əlavə olaraq məsafə sensoru ilə maneələrdən yayınma 

Məqsəd: İdeyadan layihəyə gedən prosesi izah etmək və planlı işləməyi öyrətmək.

Məzmun: 

  • Problemin müəyyənləşdirilməsi
  • Hədəf və məqsədlərin təyin olunması
  • Əlaqəli texnologiyaların seçilməsi və sxemlərin çəkilməsi
  • Layihənin mərhələlərə bölünməsi 

Məqsəd: Şagirdlərə komanda daxilində əməkdaşlıq etməyi və real layihə üzərində işləməyi öyrətmək.

Məzmun:

  • Qruplara bölünmə və vəzifələrin paylaşılması
  • Mühitdə əməkdaşlıq və resursların idarəsi
  • Layihənin prototipinin hazırlanması 

Məqsəd: Şagirdlərə öz layihələrini təqdim etmə bacarığı qazandırmaq.

Məzmun:

  • Layihənin məqsəd və funksiyalarının izahı
  • Texniki sxem və kod izahı
  • Təkmilləşdirmə imkanlarının təqdimatı Q&A (sual-cavab) hissəsi 

Məqsəd: Şagirdlərə real həyatda texnologiyanın tətbiq sahələrini göstərmək və ilham vermək.

Məzmun:

  • İnteraktiv eksponatlarla tanışlıq
  • Gördüklərinin təhlili və dərsdə öyrəndikləri ilə əlaqələndirilməsi